Главная > Cəmiyyət > Kazino rəhbəri Bakıda 49 min dollarla saxlanıldı
Kazino rəhbəri Bakıda 49 min dollarla saxlanıldı16-04-2023, 20:33. Разместил: azadses |
Bakıda 49 min dollar (83 300 manat) pulu Heydər Əliyev Beynəlxalq Aeroportundan çıxarmaq istəyən iş adamı, kazino rəhbəri saxlanılıb. “Qaynarinfo”nun məlumatına görə, saxlanılan şəxs türk iş adamı, Batumidə yerləşən "Lion Slot Casino” hotel və kazinolarının sahiblərindən biri olan Yavuz Kadirindir. Yavuz Kadirin izahatında bildirib ki, Azərbaycada tikinti biznesi ilə məşğul olan Fukan adlı tanışının ona borcu olduğu üçün Bakıya gəlib. Bakı şəhərində olarkən xərcləmək üçün özü ilə gətirdiyi 5 min dollar puldan 1000 dolları manata çevirib. Fukanın Bakıdakı evində bir neçə gün qaldıqdan sonra borcdan 45 000 dolları alıb və İzmirə qayıtmaq üçün hava limanına gedib. Aeroporta gedərkən 39 000 dolları çantasına, 10 000 dolları isə şalvarının ciblərinə qoyub. Yavuz Kadirin göstərilən məbləği bəyan etmədiyi üçün gömrük əməkdaşları tərəfindən saxlanılıb. O, Azərbaycan qanunlarını bilmədiyini deyib və buna görə də özünü təqsirli bilməyib. Məhkəmə onu Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilib və onu cinayət predmeti dəyərinin (39 000 dollar - 66 300 manat) 60 faizi qədər - 39 780 manat miqdarında cərimə edib. Həmçinin qərar verilib ki, hökm qanuni qüvvəyə mindikdən, cərimə və ekspertiza xərcini ödədikdən sonra Yavuz Kadirin ölkə hüdudlarından kənara məcburi çıxarılsın. Вернуться назад |