Главная > Cəmiyyət > Yeməyi bu yağla qızartmayın

Yeməyi bu yağla qızartmayın


6-08-2020, 20:01. Разместил: azadses


















Yeməklərin qızardılması üçün kərə yağını istifadə etməmək məsləhət görülür.
“Report” “Sputnik”ə istinadən xəbər verir ki, tövsiyəni həkim-dietoloq İrina Berejnaya verib.
Ekspert quru tava və ya qrildən istifadə etməyi də tövsiyə edir.
“Təzə kərə yağı məqbul miqdarda təhlükəsizdir. Həmçinin xolesterinin maddələr mübadiləsinə mənfi təsir göstərmədiyi də məlum olub”, - dietoloq vurğulayıb.
Bununla belə, İ.Berejnayanın sözlərinə görə, 70 dərəcədən artıq istilikdə sərbəst radikallar ortaya çıxa bilər. Onlar uzunmüddətli istifadədə onkoloji xəstəliyə yol aça bilər.
Mütəxəssis bildirib ki, xörəklərin hazırlanmasında donuz yağından da yararlanmaq olar, ancaq bununla belə, ən yaxşı seçim deyil.
“Uzunmüddətli istifadə və yüksək hərarət zamanı kalorilik artacaq və müvafiq olaraq həmin sərbəst radikallar ortaya çıxa bilər. Bununla belə, azad radikallar kərə yağından daha az miqdarda olacaq”, - o əlavə edib.



Вернуться назад