Главная > Cəmiyyət > Qardaşından xəbər ala bilmədi, evdən meyiti tapıldı
Qardaşından xəbər ala bilmədi, evdən meyiti tapıldı14-04-2023, 18:05. Разместил: azadses |
Aprelin 14-nə keçən gecə saat 1 radələrində Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində 22 yaşlı oğlanın bağlı qapı arxasında qalması barədə FHN-ə məlumat daxil olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakıda polis serjantı kimi çalışan şəxs müraciətində qardaşı, 2001-ci il təvəllüdlü N.Musaxanlının zənglərə cavab vermədiyini bildirib. Dərhal xilasetmə xidmətinin əməkdaşları evə daxil olmaq üçün işə başlayıblar. Onlar qapını qıraraq mənzilə daxil olanda N.Musaxanlının evin girişindəki turnikdən özünü asdığını görüblər. 22 yaşlı şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğuna məlumat verilib və araşdırmalara başlanılıb. Вернуться назад |