Главная > Cəmiyyət > Bələdiyyənin vəzifəli şəxslərindən laqeyd münasibət: Təbiətə 200 min manat ziyan dəydi

Bələdiyyənin vəzifəli şəxslərindən laqeyd münasibət: Təbiətə 200 min manat ziyan dəydi


14-04-2023, 16:11. Разместил: azadses
Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində ağacların qanunsuz kəsilməsi barədə vətəndaş müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı Bəhmətli bələdiyyəsinin vəzifəli şəxslərinin işə vicdansız və laqeyd münasibəti nəticəsində qeyd olunan ərazidə ümumilikdə 97 ədəd ağacın qanunsuz kəsilməsi, bununla da təbiətə 200 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.


Вернуться назад