Главная > Cəmiyyət > Ordubadda ev yanıb

Ordubadda ev yanıb


14-04-2023, 09:25. Разместил: azadses
Ordubad rayonu Dəstə kəndində ev yanıb.

APA xəbər verir ki, ümumi sahəsi 229,5 kvadratmetr olan, yaşayış olmayan evin 56 kvadratmetri tam yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Ordubad Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşları tərəfindən dərhal söndürülüb.
Evin 173,5 kvadratmetr hissəsi yanğından mühafizə olunub.

FHN-dən verilən məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.


Вернуться назад