Главная > Cəmiyyət > Prezident: “Balkan regionunun etnik barışıq konsepsiyası Cənubi Qafqaz üçün də maraqlı ola bilər”
Prezident: “Balkan regionunun etnik barışıq konsepsiyası Cənubi Qafqaz üçün də maraqlı ola bilər”12-04-2023, 19:43. Разместил: azadses |
“Şimali Makedoniyanın və ümumilikdə Balkan regionunun etnik barışıq konsepsiyası, reinteqrasiya və inklüziv cəmiyyətin yaradılması təcrübəsi Cənubi Qafqaz üçün də maraqlı ola bilər”. AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən deyib. Azərbaycanın üç Cənubi Qafqaz ölkəsinin bir araya gələrək görüş keçirməsi ilə bağlı təklifini xatırladan dövlətimizin başçısı qeyd edib ki, Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesi iki istiqamət üzrə həyata keçirilir. Azərbaycan Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çıxış edib. Вернуться назад |