Главная > Cəmiyyət > Şəmkirdən Baş Prokurora müraciət - "ABBASLI" KƏNDİNDƏ 10 MİN HEKTARDAN ÇOX OTLAQ ƏRAZİSİ QANUNSUZ TALANIB
Şəmkirdən Baş Prokurora müraciət - "ABBASLI" KƏNDİNDƏ 10 MİN HEKTARDAN ÇOX OTLAQ ƏRAZİSİ QANUNSUZ TALANIB6-08-2020, 15:00. Разместил: azadses |
Artıq bir neçə aydır ki, ölkəmizdə məmur özbaşınalığı, külli miqdarda vəsait mənimsənilməsi faktlarına görə onlarla məmur vəzifədən alınıb, bəziləri isə həbsdədirlər. Şəmkir rayonun Abbaslı kənd sakinləri örüş otlaq sahələrinin bələdiyyə sədəri tərəfindən talan edilməsi haqqında Dunyaninsesi.info saytının elektron poçt ünvanına müraciət göndəriblər. Kənd sakinləri qeyd edirlər ki, Abbaslı kəndinin 3700 ha örüş otlaq sahəsi Daşkəsən və Gədəbəy rayon sakinlərinə həyatyanı torpaq sahəsi kimi satılıb.Bu qanunsuz əməllər sabiq Bələdiyyə sədri Məhərrəm Məmmədovla hazırda kənd icra nümayəndəsi işləyən Elburus Məmmədov tərəfindən törədilib.Halbuki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə əsasən, hər bir kateqoriyalı torpaqlar özünün təyinatına uyğun şəkildə istifadə olunmalıdır. Torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə zərurət yarandığı halda bununla bağlı aidiyyəti qurumlar tərəfindən razılaşdırılmış layihələr hazırlanmalı, bu sənədlər yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalı və sonda baxılmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) təqdim olunmalıdır. Torpağın təyinatının dəyişdirilməsinə dair sərəncam vermək isə Nazirlər Kabinetinin səlahiyyətindədir.Sözügedən cütlük torpağın 1 sotuna görə örüş otlaq sahəsinin ərazilərini 500 manatdan satmışlar.Hal-hazırda isə sərhədyanı rayonların sakinləri kütləvi surətdə köç edərək örüş otlaq sahəsində qanunsuz olaraq 700-dən çox fərdi ev tikiblər.Kənd sakinləri bələdiyyə sədri və icra nümayəndəsinin dəfələrlə bu cür qanuna zidd əməllərindən dövlət orqanlarına müraciət etsələrdə heç bir qanuni tədbir görülməmişdir.Əksinə bu cütlük torpaq talanını daha da sürətləndirərək kənd caaatının mal-qara örüşünü satıb qutarmışlar. Abbaslı kəndində özlərini "kəndxuda” kimi aparan bu cütlük Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tələblərini kobud surətdə pozmaqla əhalini örüş otlaq sahəsində məhrum etmişlər. Uzun illərdir dədə-babaları mal-qara saxlamaqla ailə uşağını saxlayan kənd sakinləri artıq "kəndli” statusunu itirib. Hətta kənd bələdiyyə sədri Nazirlər kabinteinin vəzifə səlahiyyətlərini də mənimsəyərək Torpaqların kateqoriyasını özbaşına dəyişdirlməsinə qərar vermişdir.Şəmkir rayonun Abbaslı kənd sakinləri mətubat vasitəsi ilə Baş prokuror Kamran Əliyevdən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə on min hektarlarla kəndin örüş otlaq sahələrini talayıb satan şəxslərin qanuna zidd əməllərinin araşdırılmasına və həmin torpaqların dövriyyəyə qaytarılması barədə aidiyyatı üzrə göstəriş verməsini xahiş edirlər. Вернуться назад |