Главная > Cəmiyyət > AZAL-ın aldığı yeni təyyarələr 2028-ci ildən istismara veriləcək

AZAL-ın aldığı yeni təyyarələr 2028-ci ildən istismara veriləcək


6-04-2023, 15:38. Разместил: admin
AZAL-ın aldığı yeni təyyarələr 2028-ci ildən istismara veriləcək

“Azərbaycan Hava Yolları” QSC (AZAL) “A320neo” və “A321neo” laynerləri daxil olmaqla “A320neo” ailəsinə aid 12 “Airbus” təyyarəsi 2028-ci ildən etibarən istismara veriləcək.

“Report” xəbər verir ki, bunu AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2028-ci ildən etibarən hər il 4 ədəd təyyarə bizim istismara veriləcək.

S.Rzayev vurğulayıb ki, bu gün AZAL-ın tarixində mühüm hadisədir:

“Hazırda aldığımız təyyarələr həm yanacaq qənaəti, həm də effektivliyi baxımından çox böyük göstəricilərə malikdir. Bu, gələcəkdə AZAL-ın bir şirkət kimi effektliyinin təmin edilməsinə xidmət edəcək. Həmçinin biz biletlərin qiymətinin cəlbediciliyini, əlçatanlığını əhali üçün təmin edəcəyik. Bu bizim üçün ən vacib addımlardan biridir”.
Вернуться назад