Главная > Cəmiyyət / Manset > Sağlam Ailə Tibb Mərkəzi Azərbaycan səhiyyə sistemində bir ilkə imza atdı - FOTO
Sağlam Ailə Tibb Mərkəzi Azərbaycan səhiyyə sistemində bir ilkə imza atdı - FOTO4-04-2023, 13:47. Разместил: admin |
Beynəlxalq Laboratoriyaların Akkreditasiya Assosiasiyasının (ILAC) tam hüquqi üzvü olan Türkiyə Akkreditasiya Qurumu (TürkAK) tərəfindən aparılan yoxlamalar nəticəsində Sağlam Ailə Tibb Mərkəzi Azərbaycanda TÜRKAK akkreditasiyalı ilk tibbi laboratoriya statusu qazanıb. TS EN ISO 15189 keyfiyyət nişanı tibbi laboratoriyalarda təhlükəsizliyi, pasiyentlərin və müalicəyə birbaşa cavabdeh olan klinik heyətin tələb etdiyi dəqiqliyi və keyfiyyətli xidmət göstərməyi əhatə edir. Sertifikat Türkiyə Akkreditasiya Qurumunun Baş katibi Banu Müderrisoğlu tərəfindən Sağlam Ailə Tibb Mərkəzinin İcraçı direktoru Nigar Rüstəmliyə təqdim edilib. Fəaliyyətində xidmətlərini daima təkmilləşdirməyə xüsusi önəm verən və pasiyentlərinə yüksək keyfiyyətli xidmət göstərən Sağlam Ailə Tibb Mərkəzi üçün pasiyentlərin məmnunluğu və xidmətlərə qarşı loyallığı müstəsna əhəmiyyət daşıyır. Məhz bu səbəbdən, Sağlam Ailə Tibb Mərkəzi yarandığı gündən etibarən keyfiyyətli və dəqiq nəticəyə istiqamətlənmiş laborator xidmət üzrə ölkədə innovativ metodları tətbiq etməyə davam edir. Qeyd etmək istərdik ki, Sağlam Ailə Tibb Mərkəzi 2014-cü ildə ISO 15189:2012 sertifikatına da layiq görülüb. 2003-cü ildə fəaliyyətə başlayan mərkəz bu illər ərzində sürətli inkişaf yolu keçərək Azərbaycan səhiyyə sistemində özünəməxsus yer tutub. Mərkəzin qısa müddət ərzində əldə etdiyi nailiyyətlər, etibar edilən bir tibb müəssisəsi kimi nüfuz qazanması uğurlu məqam kimi qiymətləndirilə bilər. Sağlam Ailə laboratoriyası ISO 9001:2008, ISO 15189:2012 keyfiyyət və akkreditasiya sertifikatlarını almışdır. 6000-dən artıq müxtəlif növdə laborator müayinələr aparılan laboratoriya Yaponiya, ABŞ, Almaniya və s. kimi ölkələrin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunub. Hal-hazırda mərkəzin Bakı, Gəncə və Sumqayıt şəhərlərində 5 filial fəaliyyət göstərir. Вернуться назад |