Главная > Cəmiyyət / Manset > “Prezidentimizin adı tarixə Kəlbəcərin və bütün Qarabağın xilaskarı kimi yazıldı” - ŞƏRH + FOTO

“Prezidentimizin adı tarixə Kəlbəcərin və bütün Qarabağın xilaskarı kimi yazıldı” - ŞƏRH + FOTO


3-04-2023, 15:22. Разместил: admin
“Prezidentimizin adı tarixə Kəlbəcərin və bütün Qarabağın xilaskarı kimi yazıldı” - ŞƏRH + FOTO
“Kəlbəcər Azərbaycanın ən zəngin və coğrafi baxımdan əlverişli, eyni zamanda ərazisinə görə ən böyük rayonlardan biridir. Çox təəssüf ki, bu rayon 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altına keçmiş və 70 minə yaxın Kəlbəcər sakini öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalmışdı.

Rayon ərazisində bir şəhər, bir qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi tamamilə darmadağın edilmişdi. Ancaq müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində Zəfər çalmaqla həm də hərbi qələbəni siyasi qələbəyə çevirdi, onun diplomatik məharəti nəticəsində Kəlbəcər qan tökülmədən geri qaytarıldı. Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Beləliklə, 30 illik torpaq həsrətimizə son qoyuldu, tarixi ədalət bərpa edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin adı tariximizə Kəlbəcərin və digər azad edilmiş torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazıldı”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov söyləyib. O bildirib ki, Kəlbəcərin işğal olunmasında həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün yarıtmaz idarəçiliyi, səriştəsizliyi və özbaşınalıq və xaos da əsas rol oynayıb:

“AXC-Müsavat hakimiyyətinin xəyanətinin nəticəsində minlərlə insan öz yurd-yuvasından didərgin düşdü. Cənab Prezidentin bəyan etdiyi kimi, Kəlbəcərin işğal edilməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. AXC 1992-ci ildə qanunsuz yollarla hakimiyyətə gəlməsəydi, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Azərbaycan torpaqlarının itirilməsi hakimiyyət uğrunda qeyri-sağlam mübarizənin nəticəsi olub. Onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycan torpaqlarının itirilməsinə gətirib çıxardı”.



Aydın Hüseynov vurğulayıb ki, hazırda Kəlbəcərdə böyük quruculuq və bərpa işləri fasiləsiz davam etdirilir, ən nəhəng infrastrukturlar yaradılır:

“2021-ci il avqustun 16-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə oldular. Prezident Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı. Bununla da Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verildi.

Hazırda infrastruktur layihələri icra edilir, Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərə start verilib. “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, hərbi hissələrin açılışı, Kəlbəcər-Laçın avtomobil yolunun inşası, “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi, Kəlbəcər şəhərinin Baş Planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun, İstisu sanatoriyasının təməlqoyma mərasimləri olub. Rayonun Baş Planı təsdiq olunub və əhalinin öz doğma yurdlarına geri dönüşü üçün kənd və qəsəbələrin sürətlə tikintisi aparılır”.
Вернуться назад