Главная > Cəmiyyət > Şuşaya növbəti turist səfərlərinin vaxtı açıqlandı
Şuşaya növbəti turist səfərlərinin vaxtı açıqlandı3-04-2023, 13:43. Разместил: admin |
Şuşaya növbəti turist səfərlərinin tarixi açıqlanıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Dövlət Turizm Agentliyindən məlumat verilib. Bildirilib ki, Şuşaya təşkil ediləcək növbəti turist səfərləri aprel ayının 15-16-da olmaqla, 2 gün davam edəcək: “Budəfəki səfərdə də 40 nəfərlik turist heyətinin yola salınması gözlənilir. Lakin müraciətlər çox olarsa və ehtiyac yaranarsa, əlavə avtobusların ayrılması da mümkündür. Şuşaya turist səfərlərinin şərtləri və qiymətlərində hər hansı dəyişiklik yoxdur”. Xatırladaq ki, martın 18-də 40 nəfərin iştirakı ilə Şuşa şəhərinə ilk turizm məqsədli səfər təşkil olunub. 2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, “Vaqif” məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, “Yuxarı Gövhər Ağa” məscidi, “Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın “Gəncə” qapıları və “Xarı Bülbül” simvolu, “Qazançı” Kilsəsi, Şuşa “Realnıy” Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur. Avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub. Layihə “Böyük Qayıdış" siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir. Вернуться назад |