Главная > Cəmiyyət > Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün yeni təlimat hazırlanıb
Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün yeni təlimat hazırlanıb6-08-2020, 11:13. Разместил: azadses |
“2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün yeni təlimat hazırlanıb. Oxu.Az-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə müəyyən dəyişikliyin edilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, 2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkili və keçirilməsi təmin edilir. Hazırlanan təlimata görə, müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlərin bu şərtləri yerinə yetirməsi vacibdir: - İmtahana gələrkən aşağıdakı sənədləri gətirmək mütləqdir: a) şəxsiyyəti təsdiq edən sənəd; b) şəxsi səhifədən çıxarış; c) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqəsi; - Namizəd şəxs səhifəsində qeyd olunan vaxtda müəyyən edilmiş imtahan mərkəzində olmalıdır; - Namizəd imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidir. Maskadan istifadə bütün proses boyu mütləqdir (şəxsiyyəti təsdiq edən sənədi təqdim etdikdə müvəqqəti olaraq maskanı çıxarmaq olar); - İmtahan binasına daxil olan namizədin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarəti yoxlanılır və zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır; - Yoxlamadan keçərkən namizəd sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi nəzarətçiyə təqdim etməli və tələb olunduğu təqdirdə müvəqqəti olaraq maskasını çıxararaq, üzünü göstərməlidir; - Namizədi müşayiət edənlər imtahan mərkəzinin ərazisinə buraxılmayacaqlar; Namizədlər özlərinin və başqalarının sağlamlığına məsuliyyətlə yanaşmalı və qeyd olunanlara riayət etməlidirlər. İmtahan prosesində tibbi maskasını çıxaran və təlimatdan irəli gələn digər vəzifələri yerinə yetirməyən namizəd imtahandan uzaqlaşdırılacaq və imtahan nəticəsi ləğv ediləcək. Həmin namizəd cari il təkrar müsabiqədə iştirak edə bilməyəcək. Вернуться назад |