Главная > Cəmiyyət / Manset > Müdafiə Nazirliyinin məlumatı, XİN-in bəyanatı: Azərbaycan məqsədlərinə doğru irəliləyir - ŞƏRH

Müdafiə Nazirliyinin məlumatı, XİN-in bəyanatı: Azərbaycan məqsədlərinə doğru irəliləyir - ŞƏRH


25-03-2023, 18:18. Разместил: admin
Müdafiə Nazirliyinin məlumatı, XİN-in bəyanatı: Azərbaycan məqsədlərinə doğru irəliləyir - ŞƏRH

Azərbaycan Müdafiə Nazirliyi martın 25-də iki məlumat yaydı.

Məlumatlardan əsas çıxarışlar:

1. Azərbaycan Ordusu Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə lokal zəruri nəzarət tədbirləri həyata keçirib.

2. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib. Azərbaycan Ordusu tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Azərbaycan dəfələrlə Rusiya sülhməramlı kontingentinə, Ermənistana, Ermənistana havadar olan qüvvələrə xəbədarlıqlar edərək onları vəziyyəti gərginləşdirməməyə çağırıb.

Azərbaycan dünya ictimaiyyətinə, Ermənistana belə xəbərdarlıqları hələ Vətən müharibəsindən əvvəl də ünvanlayırdı, lakin nəticə hasil olmadıqda, 44 gün ərzində güc yolu ilə torpaqlarını işğaldan azad etdi.

BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən Azərbaycan postmünaqişə dövründə də analoji strateji iradəsini sərgiləyir.
Müdafiə Nazirliyinin məlumatları və onu siyasi cəhətdən möhkəmləndirən Xarici İşlər Nazirliyinin bəyanatından çıxaracağımız nəticə budur ki, Azərbaycan Laçın yolunun son nöqtəsində sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması üçün əməliyyatlar keçirir. Bu əməliyyatlar diplomatik-siyasi və hərbi-siyasi əməliyyatlardır.

Azərbaycan beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyü, suverenlik məsələsini güc tətbiqi ilə təmin etmək qüdrətinə malikdir.

Azərbaycan əldə edə biləcəyi yeni nəticələrlə Brüssel və ya Moskva mərkəzli danışıqlara üstün mövqelərlə yollanmaq iradəsini ortaya qoyur. Son məqsəd Ermənistanı vaxt qazanmaqdan tamamilə məhrum etmək, ona dəstək olan qüvvələri yeni nəticələrlə hesablaşmağa vadar etməkdir.

Laçın yolunun son nöqtəsində nəzarət postlarının qurulması indiki halda Qarabağa silah-sursat daşınmasının qarşısını almaq üçün taktiki prioritetdir.

Bu taktiki prioritetin təmini sonrakı mərhələlərdə Azərbaycanın strateji məqsədlərinin bütününə doğru irəliləməkdə yardımçı olacaq.
Вернуться назад