Главная > Cəmiyyət > Azərbaycan Ordusunun hərbçiləri Britaniyada təlim keçiblər

Azərbaycan Ordusunun hərbçiləri Britaniyada təlim keçiblər


24-03-2023, 16:00. Разместил: admin
Azərbaycan Ordusunun hərbçiləri Britaniyada təlim keçiblər

Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib.

Oxu.Az xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “Twitter”də yazıb.

O qeyd edib ki, praktiki təlimlər BMT-nin nizamnaməsinə uyğun davranış qaydaları və silahlı münaqişə hüququ kimi mövzuları əhatə edib.
Diplomatın sözlərinə görə, dörd həftəlik Çoxmillətli Sülhü Dəstək Əməliyyatları Kursu martın 24-də başa çatıb.
Вернуться назад