Главная > Cəmiyyət / Manset > ASC-dən Kürün mənsəbindəki rayonlara suyun verilməsində yaranmış çətinliklərlə bağlı AÇIQLAMA
ASC-dən Kürün mənsəbindəki rayonlara suyun verilməsində yaranmış çətinliklərlə bağlı AÇIQLAMA14-03-2023, 11:44. Разместил: admin |
“Su anbarına daxil olan suyun nizamsız olaraq çayın aşağı axınına və magistral kanallara verilməsi yay aylarında kənd təsərrüfatı bitkilərinin intensiv suvarılması dövründə çox ciddi çətinliklər yarada bilər”. Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib. Onun sözlərinə görə, Mingəçevir su anbarı bir mövsümlük deyil: “Son günlər Mingəçevir su anbarına saniyədə orta hesabla 240 kubmetr (500-600 kubmetr gözlənildiyi halda) su daxil olur və su anbarından Kür çayına 120 kubmetr/san, eyni zamanda Yuxarı Qarabağ kanalına 70 kubmetr/san və Yuxarı Şirvan kanalına 41 kubmetr/san suyun buraxılması təmin olunur. Mingəçevir su anbarından aşağıda Kür çayı boyunca 12 rayonun ərazisində 252 ədəd nasos stansiyası vasitəsilə 248 min hektar, Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının xidməti ərazilərində 250 min hektar, ümumilikdə 500 min hektara yaxın əkin sahələrinin suvarılması ilə yanaşı, əhalinin kommunal-məişət ehtiyaclarının, içməli su məqsədilə modul tipli sutəmizləyici qurğulara və mal-qaraya suyun verilməsi təmin edilir”. “Mingəçevir su anbarı bir mövsümlük deyil, çoxillik nizamlanan su anbarı olduğundan su anbarına yığılan və ondan verilən sular bir neçə ili əhatə edən dövr ərzində nizamlanmalıdır”, - deyə o qeyd edib. Suyun bölüşdürülməsi aidiyyəti qurumlar tərəfindən koordinasiyalı şəkildə idarə edilir. D.Şərifov əlavə edib ki, su anbarına daxil olan suyun nizamsız olaraq çayın aşağı axınına və magistral kanallara verilməsi yay aylarında kənd təsərrüfatı bitkilərinin intensiv suvarılması dövründə çox ciddi çətinliklər yarada bilər: “Hazırda çayın mənsəbində yerləşən rayonlara suyun verilməsində qısa müddət ərzində yaranmış çətinliklər aradan qaldırılır”. Вернуться назад |