Главная > Cəmiyyət > Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı xeyli azalıb
Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı xeyli azalıb5-08-2020, 20:35. Разместил: azadses |
Avqustun 5-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 883 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 759 229-a çatıb. Bu barədə "Report"a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir. Avqustun 1-də isə aktiv xəstə sayı 5 229-a bərabər idi. Xəstələrdən 255 nəfəri reanimasiyadadır ki, onlardan da 51-i süni tənəffüs cihazına qoşulub. Xatırladaq ki, avqustun 5-də Azərbaycanda koronavirus infeksiyasına daha 193 yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib. Вернуться назад |