Главная > Cəmiyyət / Manset > ISESCO-nun keçmiş baş katibi: “Heydər Əliyev ölkəni böhranlardan xilas etdi”

ISESCO-nun keçmiş baş katibi: “Heydər Əliyev ölkəni böhranlardan xilas etdi”


12-03-2023, 12:23. Разместил: admin
ISESCO-nun keçmiş baş katibi: “Heydər Əliyev ölkəni böhranlardan xilas etdi”

Bu gün Heydər Əliyev Mərkəzində keçirilən "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə ISESCO-nun keçmiş baş katibi Abdulaziz əl Tuveycri Azərbaycanın təşkilata qoşulması barədə danışıb.

APA xəbər verir ki, Tuveycri ilk dəfə Prezident Heydər Əliyevlə Mərakeşdə görüşdüyünü deyib:

“Həmin görüşdə Azərbaycanın təşkilata qoşulmasının vacibliyi vurğulandı”.

Sabiq Baş katib deyib ki, o vaxtdan bəri Azərbaycan və ISESCO arasında əməkdaşlıq dərinləşib:

“Mən keçmişə baxanda deyirəm ki, bu böyük lider bu ölkəni qurdu. O, ölkəni böhranlardan xilas etdi, ölkə iqtisadiyyatı, büdcəsi dəfələrlə böyüdü. Səhiyyə, tibb, sosial sahələr inkişaf etdi. Ölkənin xarici siyasətini vurğulamaq da istəyirəm, Azərbaycan açıq xarici siyasət yürüdür. Bu gün mən Baş katib deyiləm amma iki tərəf arasında münasibətlərin dərinləşməsindən məmnunluq duyuram. ISESCO Şuşada ofis açır, əməkdaşlıq dərinləşir, buna görə mən mərhum Prezident Heydər Əliyevə və hazırkı Prezident İlham Əliyevə minnətdaram”.
Вернуться назад