Главная > Cəmiyyət > İrandan idxal olunan bibər məhsulunda zərərli orqanizm aşkarlanıb
İrandan idxal olunan bibər məhsulunda zərərli orqanizm aşkarlanıb6-03-2023, 17:50. Разместил: admin |
İran İslam Respublikasından idxal olunan “Ballı Store N” MMC-yə məxsus 7 425 kq, “Amotrade” MMC-yə məxsus 6 010 kq bibər məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülmüş nümunələrin müayinələri nəticəsində karantin tətbiq olunan zərərli orqanizm – qonur qırışıqlıq virusu aşkar olunub. Bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, faktla bağlı qanunvericiliyə uyğun olaraq zərərli orqanizmin sirayət etdiyi məhsul partiyaları barədə qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul olunub. Məhsul partiyaları Qaradağ Rayon Qızıldağ poliqonunda məhv edilib. Qeyd olunub ki, cari ildə İran İslam Respublikasından idxal olunması üçün edilmiş üç müraciət əsasında aparılan müayinələr nəticəsində bibər məhsulu partiyalarında karantin tətbiq olunan zərərli orqanizm aşkarlanıb. Вернуться назад |