Главная > Cəmiyyət > Binanın şəraitindən şikayətlənən həkimə şiddətli töhmət verildi - Video
Binanın şəraitindən şikayətlənən həkimə şiddətli töhmət verildi - Video5-08-2020, 12:36. Разместил: azadses |
Qazaxda koronavirusla mübarizəyə cəlb olunan rayon Təcili Tibbi Yardım Stansiyasının işçiləri üçün ayrılan müvəqqəti binadakı şəraitdən şikayət edən həkim Sevda Nəsibovaya şiddətli töhmət verilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Report-a Qazax Rayon Mərkəzi Xəstəxanasından bildirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə qeyd olunub ki, S.Nəsibova vəzifə səlahiyyətlərini aşaraq məlum videoda yanlış məlumatlar yaydığı, əhali arasında çaşqınlıq yaratdığı və görülən işlərə kölgə saldığına görə şiddətli töhmət alıb. Töhmət alan həkimin Azərbaycanın görkəmli aşığı, əməkdar incəsənət xadimi Aşıq Ədalətin (Ədalət Nəsibovun) gəlini olduğu bildirilir. Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda S.Nəsibova həkimlər üçün ayrılan müvəqqəti binadakı şəraitdən şikayət edib. Вернуться назад |