Главная > Cəmiyyət > Naftalanda fala baxmaq adı ilə insanları aldadan qadın ƏLƏ KEÇDİ
Naftalanda fala baxmaq adı ilə insanları aldadan qadın ƏLƏ KEÇDİ21-02-2023, 13:20. Разместил: admin |
Naftalanda dələduzluq edən və özünün “falçı” olduğunu deyən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. Bildirilib ki, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər şəhər sakinini fala baxmaq adı ilə aldadaraq onun 1500 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəyən Rübabə Əliyeva saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, R.Əliyeva Naftalan şəhərinə gələrək vətəndaşa fala baxmaq adı ilə onun etibarından sui-istifadə edərək 1500 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə mənimsəyib. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” Zəng Mərkəzinə, Naftalan Şəhər Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər. Faktla bağlı araşdırmalar davam etdirilir. Вернуться назад |