Главная > Cəmiyyət / Manset > Ceyhun Bayramov: “Nə qədər ehtiyac olarsa, Azərbaycan Türkiyəyə dəstək olacaq”
Ceyhun Bayramov: “Nə qədər ehtiyac olarsa, Azərbaycan Türkiyəyə dəstək olacaq”11-02-2023, 18:48. Разместил: admin |
“Türkiyədə baş verən zəlzələ çox ağır təbii fəlakətdir. Təəssüf ki, zəlzələdə 20 mindən çox adam həlak olub. Türkiyə dövlətinə və Azərbaycan xalqına başsağlığı verirəm”. Oxu.Az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Kahramanmaraşda keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu imtahandan qüdrətli türk dövləti alnıaçıq, üzüağ çıxacaq: “Nə qədər ehtiyac olarsa, Azərbaycan Türkiyəyə dəstək olacaq. Hazırda mümkün olan insan canı qurtarmaqdır. Nə xoşbəxt ki, bizim xilasedicilərimiz 50-yə yaxın şəxsi xilas ediblər. Bakı və Naxçıvanda yerləşən xəstəxanalarda xüsusi çarpayılar ayrılıb. Nə qədər ehtiyac varsa, biz xəstə qəbul etməyə hazırıq”. Вернуться назад |