Главная > Cəmiyyət / Manset > FHN-in növbəti humanitar yardımları Türkiyəyə yola salınıb - YENİLƏNİB + FOTO

FHN-in növbəti humanitar yardımları Türkiyəyə yola salınıb - YENİLƏNİB + FOTO


10-02-2023, 09:19. Разместил: admin
FHN-in növbəti humanitar yardımları Türkiyəyə yola salınıb - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb.

Bu barədə Oxu.Az-a FHN-dən bildirilib.

Belə ki, təyyarə ilə yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 200 ədəd çadır və 183 ədəd qızdırıcı daxildir.

Humanitar yardımı aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

Qeyd edək ki, ölkə başçısının tapşırığına uyğun olaraq, FHN-in daha bir mobil səhra hospitalı və digər vasitələrdən ibarət humanitar yardımları növbəti təyyarələrlə qardaş ölkəyə yola salınacaq.






Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını aparan xüsusi təyinatlı nəqliyyat vasitələri qardaş ölkəyə yola düşüb.

FHN-in 16 ədəd nəqliyyat vasitəsi ilə zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 830 ədəd çadır və 279 ədəd qızdırıcı yola salınıb.





Вернуться назад