Главная > Cəmiyyət / Manset > Heydər Əliyev Fondu Türkiyəyə yenə yardım yollayacaq
Heydər Əliyev Fondu Türkiyəyə yenə yardım yollayacaq9-02-2023, 09:47. Разместил: admin |
“Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Türkiyəyə çatdırılan yardım ilkin mərhələdə edilmiş yardımdır”. “Report”un Türkiyə bürosunun məlumatına görə, bu fikirləri Türkiyəyə ezam edilən Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov bildirib. Elvin Aslanov deyib ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Mehriban Əliyevanın göstərişinə əsaslanaraq, Türkiyənin Azərbaycandakı səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq, Bakı şəhərində yardım kampaniyasına start verib: “Belə ki, 8-14 fevral tarixlərində Türkiyənin zəlzələ baş vermiş regionları üçün ehtiyac duyulan ləvazimatlar toplanacaq və bu ləvazimatlar ən qısa müddətdə komplektləşdirilərək Türkiyəyə yola salınacaq”. Вернуться назад |