Главная > Cəmiyyət > “Kontakt Home” koronavirusla bağlı işçilərinə maddi yardım ayırdı

“Kontakt Home” koronavirusla bağlı işçilərinə maddi yardım ayırdı


5-08-2020, 09:07. Разместил: azadses
“Kontakt Home” ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar əməkdaşlarına şirkət hesabına birdəfəlik maddi yardım ayırıb.
Pandemiya şəraitində kontakt.az – onlayn mağazası vasitəsilə müştərilərinə xidmət göstərən “Kontakt Home” mövcud şəraitlə əlaqədar əməkdaşlarının yalnız bir qisminin xidmətindən yararlana bilir.
Belə olan halda, əməkdaşlara dəstək məqsədilə şirkət rəhbərliyi iyul ayı ərzində işləməyən və ya qismən işləyən əməkdaşlarına işlədikləri müddətdən asılı olaraq 200 manatadək birdəfəlik maddi yardım ayırıb.
Eyni zamanda, şirkət onlara əməkhaqlarının maddi yardımdan əlavə hissəsini avans şəklində almaq imkanını da verib.
Bundan əlavə, “Kontakt Home” mağazalar şəbəkəsindən hissəli alışla məhsul əldə etmiş və pandemiya ilə əlaqədar ödəniş etməkdə çətinlik çəkən əməkdaşlara ödənişlər üçün karantin müddətinin sonunadək möhlət də verilib.
Qeyd edək ki, cəmiyyətimiz qarşısındakı sosial öhdəliyini hər zaman dərk edən, onun ictimai-sosial rifahının yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirən “Kontakt Home” pandemiyanın ölkəmizdə qeydə alındığı ilk gündən koronavirus və onun mənfi iqtisadi təsirləri ilə aktiv mübarizə tədbirləri həyata keçirir.

Вернуться назад