Главная > Cəmiyyət / Manset > Sumqayıt Kimya Sənaye parkında dörd müəssisə işə başlayacaq

Sumqayıt Kimya Sənaye parkında dörd müəssisə işə başlayacaq


1-02-2023, 17:20. Разместил: admin
Sumqayıt Kimya Sənaye parkında dörd müəssisə işə başlayacaq

2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkında dörd müəssisənin istehsal fəaliyyətinə başlaması planlaşdırılır.

Bu barədə bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunlar “Azərbaycan Vanhong Ceramics Co” MMC-nin (Çin kapitallı şirkət) keramik plitələr istehsalı müəssisəsi, “AK Pack” MMC-nin yumşaq polimer qablaşdırma məhsulları istehsalı müəssisəsi, “Novus Plastica” MMC-nin polimer məhsullar emalı müəssisəsi və “UPI - Universal Packing İndustry” QSC-nin qablaşdırma məhsulları istehsalı müəssisələridir.
Вернуться назад