Главная > Cəmiyyət > Koronavirusdan ölənlərin sayı 700 mini keçdi - STATİSTİKA

Koronavirusdan ölənlərin sayı 700 mini keçdi - STATİSTİKA


5-08-2020, 08:30. Разместил: azadses
Dünyada 18 705 096 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.
Virusdan 704 385 nəfər ölüb, 11 922 692 nəfər sağalıb.
Koronavirusun ən çox qeydə alındığı qitə Şimali Amerika (5 782 499 nəfər), ölkə isə ABŞ-dır (4 918 420 nəfər).
Digər iki yeri 2 808 076 yoluxma ilə Braziliya, 1 908 254 yoluxma ilə Hindistan tutur.
Azərbaycanın sərhəd qonşusu Rusiya 861 423 yoluxma faktı ilə dördüncü yerdədir.
Digər qonşularımız İranda 314 786, Türkiyədə 234 934, Ermənistanda 39 298, Gürcüstanda 1 182 yoluxma müşahidə edilir.
Azərbaycanda koronavirusa yoluxan 32 910 nəfərin 28 348-i sağalıb, 473-ü ölüb.

Вернуться назад