Главная > Cəmiyyət > Azərbaycanda zinət əşyalarının alqı-satqısında YENİ QAYDA
Azərbaycanda zinət əşyalarının alqı-satqısında YENİ QAYDA31-01-2023, 18:20. Разместил: admin |
Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısının yalnız nağdsız qaydada həyata keçiriləcək həddi müəyyənləşib. AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə sərəncam imzaladığı “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə əksini tapan yeni - 3.4.15-ci maddədə qeyd edilib. Qanuna əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək. Bu Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir. Вернуться назад |