Главная > Cəmiyyət / Manset > Orxan Əsgərovun nəşi Təzəpir məscidinə aparılıb - YENİLƏNİB + VİDEO

Orxan Əsgərovun nəşi Təzəpir məscidinə aparılıb - YENİLƏNİB + VİDEO


30-01-2023, 09:20. Разместил: admin
Orxan Əsgərovun nəşi Təzəpir məscidinə aparılıb - YENİLƏNİB + VİDEO

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib.

Oxu.Az xəbər verir ki, hazırda şəhidin nəşi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə aparılıb.

O.Əsgərov sabah Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.



Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

22:11

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını, yaralıları və şəhidimizin nəşini gətirən Azərbaycana məxsus təyyarə Bakıya gəlib.

Oxu.Az xəbər verir ki, təyyarə bir neçə dəqiqə öncə Heydər Əliyev adına Hava Limanına eniş edib.


Вернуться назад