Главная > Cəmiyyət > Naxçıvanda dövlət qurumunun əməkdaşının barmağı amputasiya edildi

Naxçıvanda dövlət qurumunun əməkdaşının barmağı amputasiya edildi


21-01-2023, 12:39. Разместил: admin
Naxçıvanda dövlət qurumunun əməkdaşının barmağı amputasiya edildi

Culfada usta iş vaxtı qəza nəticəsində xəsarət alıb.

APA xəbər verir ki, “Naxçıvan Dəmir Yolları” MMC-də çalışan 1991-ci il təvəllüdlü Culfa rayon Yaycı kənd sakini Şahin Həbibovun əli dəzgaha düşüb.

Şahin Həbibov Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib və sol əlinin barmağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад