Главная > Cəmiyyət / Manset > Sosial şəbəkədə 20 Yanvar şəhidlərini söyən qadın üzr istədi
Sosial şəbəkədə 20 Yanvar şəhidlərini söyən qadın üzr istədi20-01-2023, 15:45. Разместил: admin |
Sosial şəbəkədə 20 Yanvar şəhidlərini söyən qadın polis şöbəsinə çağırılıb. Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. “TikTok” sosial şəbəkəsində xanım vətəndaşın canlı yayım zamanı 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılıb. Keçirilən texniki-axtarış tədbirləri nəticəsində həmin şəxsin Gəncə şəhər sakini Gülnarə İsgəndərova olması müəyyən olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunub. Şöbədə həmin şəxslə profilaktiki söhbət aparılıb və bildirilib ki, 20 Yanvar faciəsi Ümumxalq Hüzn Günüdür və həmin gün şəhid olanlar bugünkü müstəqil dövlətimiz üçün edilmiş qəhrəmanlıqdır. G.İsgəndərova ifadəsində etdiyi əməldən peşman olduğunu və bütün şəhid ailələrindən və Azərbaycan xalqından üzr isyədiyini bildirilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Вернуться назад |