Главная > Cəmiyyət > Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı


4-08-2020, 15:37. Разместил: azadses
Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş cari il üzrə ikinci sənəd qəbulunun müddəti uzadılıb.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 16 avqust saat 23:59-dək uzadılıb.
Ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.

Вернуться назад