Главная > Cəmiyyət / Manset > Nazir “Azərbaycan İnvestisiya Şirkəti”nin investisiya portfelinin dəyərini açıqlayıb
Nazir “Azərbaycan İnvestisiya Şirkəti”nin investisiya portfelinin dəyərini açıqlayıb13-01-2023, 15:19. Разместил: admin |
“2022-ci ilin sonuna “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin investisiya portfelinin dəyəri və qərar verilmiş investisiyaların məbləği 240,3 milyon manat təşkil edib”. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twittter” hesabında bildirilib. O qeyd edib ki, həmin məbləğin 76%-i ağır sənayeyə, 13%-i qida sənayesinə, 3%-i “yaşıl iqtisadiyyat”a, 8%-i isə digər sahələrə yönəldilib. Nazir həmçinin “Azərbaycan İnvestisiya Şirkəti”nin fəaliyyətinin səmərəliliyinin artırılmasının qarşıdakı hədəflərdən biri olduğunu əlavə edib: “Ötən il şirkətin əməliyyat xərcləri optimallaşdırılıb, əsas investisiya altportfeli və likvidlik altportfeli üzrə gəlirlilik göstəriciləri artıb”. Вернуться назад |