Главная > Cəmiyyət > Sığınacağa yerləşdirilən ailə üzvləri xəstəxanaya aparıldılar

Sığınacağa yerləşdirilən ailə üzvləri xəstəxanaya aparıldılar


11-01-2023, 17:22. Разместил: admin
Sığınacağa yerləşdirilən ailə üzvləri xəstəxanaya aparıldılar

Qarlı hava şəraitinin davam etdiyi son iki gün ərzində sığınacaqdan xəstəxanaya yerləşdirilən şəxslərin sayı açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyindən bildiriblər.

Bildirilib ki, ötən günlərdə kəskin həyat şəraitində yaşayan iki vətəndaşımız Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə təcili tibbi yardım vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlar bir ailənin üzvləridir. Hazırda vətəndaşların həmin xəstəxanada müalicəsi davam etdirilir və ailənin vəziyyəti diqqətdə saxlanılacaq.

Qeyd edək ki, müəssisəyə qəbul olunanlar 180 gün ərzində xidmətlərlə təmin olunurlar və bu müddətdə sosial-məişət, sosial-hüquqi xidmətlərlə yanaşı, günlük olaraq qida normaları əsasında 3 dəfə yemək, 2 dəfə qəlyanaltı, yaşayış yeri və geyimlə təmin edilirlər. Hazırda müəssisənin müvafiq şöbəsində 39 nəfəri kişi, 11 nəfəri qadın olmaqla 50 şəxsə xidmət göstərilir.

Вернуться назад