Главная > Cəmiyyət > “Azərbaycan Dəmir Yolları”nda daha bir kadr dəyişikliyi olub

“Azərbaycan Dəmir Yolları”nda daha bir kadr dəyişikliyi olub


10-01-2023, 19:23. Разместил: admin
“Azərbaycan Dəmir Yolları”nda daha bir kadr dəyişikliyi olub

“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “Dəmiryolservis” MMC-nin direktoru Əliəşrəf Lütvəlibəyov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, şirkətə rəhbərlik Ədalət Bağırova həvalə olunub.

Xatırladaq ki, “Dəmiryolservis” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 41,115 milyon manatdır.

Qeyd edək ki, yanvarın 9-u “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Servis” MMC-nin direktoru Ələddin Şıxəliyev vəzifəsindən azad edilib. Şirkətə rəhbərlik Fərid Hüseynova həvalə olunub.
Вернуться назад