Главная > Cəmiyyət / Manset > Cəbrayılda xeyli silah-sursat götürüldü - FOTO

Cəbrayılda xeyli silah-sursat götürüldü - FOTO


10-01-2023, 17:39. Разместил: admin
Cəbrayılda xeyli silah-sursat götürüldü - FOTO
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun inzibati ərazisindən xeyli sayda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşlarının işğaldan azad edilmiş ərazilərdə keçirdikləri tədbirlərlə tərk edilmiş hərbi mövqelərdən 11 avtomat, 2 pulemyot, 7 qumbaraatan, 2 snayper tüfəngi, 2 optik nişangah, 59 müxtəlif növ mərmi, 7780 ədəd müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.


Вернуться назад