Главная > Cəmiyyət / Manset > Naxçıvan Ali Məclisinin sessiyası başladı - YENİLƏNİB

Naxçıvan Ali Məclisinin sessiyası başladı - YENİLƏNİB


10-01-2023, 15:43. Разместил: admin
Naxçıvan Ali Məclisinin sessiyası başladı - YENİLƏNİB

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilir.

Oxu.Az xəbər verir ki, sessiyanın iclasında aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri iştirak edirlər.

09:24

Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasının iclası keçiriləcək.

“Unikal” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov qərar imzalayıb.

Saat 11:00-da başlayacaq sessiyada aşağıdakı məsələlər müzakirə olunacaq:

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları;

2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi;

3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi;

4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi.

Qeyd edək ki, sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.
Вернуться назад