Главная > Cəmiyyət > Sığınacaqlarda olan şəxslərin sayı açıqlanıb
Sığınacaqlarda olan şəxslərin sayı açıqlanıb9-01-2023, 15:25. Разместил: admin |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində hazırda 50 şəxsə xidmət göstərilir. Bu barədə Oxu.Az-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Müəssisənin Çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslərin sosial reabilitasiyası şöbəsinə 2023-cü ilin əvvəlindən bu günədək dörd nəfər müraciət edib. Hazırda müəssisənin müvafiq şöbəsində 39 nəfəri kişi, 11 nəfəri qadın olmaqla 50 şəxsə xidmət göstərilir. Müəssisənin Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası şöbəsində isə hazırda 26 uşaq dövlət qayğısı ilə əhatə olunur. Müəssisəyə qəbul olunanlar 180 gün ərzində xidmətlərlə təmin olunurlar və bu müddətdə də sosial-məişət, sosial-hüquqi xidmətlərlə yanaşı, günlük olaraq qida normaları əsasında üç dəfə yemək, iki dəfə qəlyanaltı, yaşayış yeri və geyimlə təmin edilirlər. Вернуться назад |