Главная > Cəmiyyət > Şuşada yollar qardan təmizlənib, avtomobillərin hərəkəti tam bərpa olunub - YENİLƏNİB + FOTO/VİDEO

Şuşada yollar qardan təmizlənib, avtomobillərin hərəkəti tam bərpa olunub - YENİLƏNİB + FOTO/VİDEO


8-01-2023, 15:15. Разместил: admin
Şuşada yollar qardan təmizlənib, avtomobillərin hərəkəti tam bərpa olunub - YENİLƏNİB + FOTO/VİDEO
Şuşa şəhərin qarın yağması ilə əlaqədar yollarda yaranan çətinliklər aradan qaldırılıb.

“Report” xəbər verir ki, şəhərin küçələrinin avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti üçün tədbirlər görülüb.

Aidiyyəti qurumlar tərəfindən yollara qum və duz səpilib. Bundan başqa, xüsusi texnikalar vasitəsilə yollar qardan təmizlənib.

Avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti tam bərpa olunub.

Qar səbəbindən elektrik və su təchizatında isə heç bir problem yaşanmayıb.

Qeyd edək ki, ötən gecədən başlayaraq Şuşa şəhərinə qar yağır.








Вернуться назад