Главная > Cəmiyyət / Manset > Vasif Talıbovun şirkəti əlindən alındı: Bakıdan rəhbər göndərilir - YENİLƏNİB
Vasif Talıbovun şirkəti əlindən alındı: Bakıdan rəhbər göndərilir - YENİLƏNİB6-01-2023, 15:22. Разместил: admin |
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq”in adı dəyişdirilib. APA-nın əldə etdiyi məlumata görə, artıq şirkət bu gündən “Arkoz Holdinq” adını daşıyacaq. Faktı şirkətdən təsdiqləyiblər. Eyni zamanda, “Gəmiqaya Holdinq”in Vasif Talıbovdan alındığına dair məlumatlar da var. Belə ki, hazırda şirkətdə sənədləşmə işlərinin aparıldığı və bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi bildirilir. Qeyd edək ki, “Gəmiqaya Holdinq" Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya Holdinq"in prezidenti olub. 09:24 Naxçıvanda yerləşən “Gəmiqaya Şirkəti” MMC-yə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədləri itib. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı şirkət əlaqədar qurumlara müraciət edib. Belə ki, Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən “Gəmiqaya Şirkəti” MMC-yə məxsus iki torpaq sahəsinin plan və ölçüləri, eləcə də MH-0047251 və MH-0047252 seriya nömrəli çıxarışları itdiyi üçün etibarsız sayılıb. Qeyd edək ki, “Gəmiqaya Şirkəti” MMC-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olduğu bildirilir. Xatırladaq ki, dünən valyuta tənzimi qaydalarının pozulmasına görə, “Gəmiqaya şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 8 protokol tərtib edilib. Вернуться назад |