Главная > Cəmiyyət / Manset > Prezidentin Naxçıvandakı nümayəndəsi Ordubad sakinlərinin şikayətini dinlədi

Prezidentin Naxçıvandakı nümayəndəsi Ordubad sakinlərinin şikayətini dinlədi


4-01-2023, 16:14. Разместил: admin
Prezidentin Naxçıvandakı nümayəndəsi Ordubad sakinlərinin şikayətini dinlədi

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb.

“Report” xəbər verir ki, səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb.

Görüşdə 44 rayon sakinin şikayəti dinlənilib, 54 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb.

Bildirilib ki, problemlər qısa müddətdə aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacaq.

Görüşdən sonra Ordubad şəhərindəki Şəhidlər xiyabanı ziyarət edilib.
Вернуться назад