Главная > Cəmiyyət > İnzibati Xətalar Məcəlləsində dəyişiklik: On iki min manatadək cərimələnə bilərsiniz
İnzibati Xətalar Məcəlləsində dəyişiklik: On iki min manatadək cərimələnə bilərsiniz30-12-2022, 18:44. Разместил: admin |
Azərbaycan Respublikasının “Banklar haqqında”, “Poçt haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarında və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə əsasən, aşağıdakı məzmunda 35.4-1-ci maddə əlavə edilib: “Banklar apardıqları valyuta əməliyyatları barədə məlumatları “Valyuta tənzimi haqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada Mərkəzi Bankda yaradılmış vahid informasiya sisteminə daxil edir və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edirlər”. Dəyişikliklə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13-4.2-1-ci maddə əlavə edilib: “Milli operator apardığı valyuta əməliyyatları barədə məlumatı “Valyuta tənzimi haqında" Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada Mərkəzi Bankda yaradılmış vahid informasiya sisteminə daxil edir və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edir”. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 439-1-ci maddə əlavə edilib: “Valyuta əməliyyatları barədə məlumatların vahid informasiya sisteminə təqdim edilməsi qaydalarının pozulması Valyuta nəzarəti agentləri tərəfindən apardıqları valyuta əməliyyatları barədə məlumatların “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vahid informasiya sisteminə təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir”. Вернуться назад |