Главная > Cəmiyyət / Manset > Prezident İşsizlikdən Sığorta Fondunun gələnilki büdcəsini təsdiqlədi
Prezident İşsizlikdən Sığorta Fondunun gələnilki büdcəsini təsdiqlədi30-12-2022, 13:19. Разместил: admin |
Prezident İlham Əliyev İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Bununla bağlı Prezident.az məlumat yayıb. Sənədə əsasən, İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsinin gəlirləri 212 668 344,50 manat, xərcləri 212 668 344,50 manat məbləğində təsdiq edilir. Bundan başqa, dövlət başçısı “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 674-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb. Вернуться назад |