Главная > Cəmiyyət / Manset > Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib


29-12-2022, 21:21. Разместил: admin
Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

Bayram tədbirində iştirak edən uşaqlardan bəziləri təəssüratlarını bölüşüblər.

Paytaxtdakı 2 nömrəli internat məktəbinin şagirdi Ümid Şərifov bildirib ki, ən böyük arzusu Vətənimizə layiqli övlad olmaqdır. Balaca Ümid şanlı Zəfərimizlə qürur duyduğunu dilə gətirərək deyib: Şəhidlərimiz, qazilərimiz bizim fəxrimizdir. Onlar bizim üçün canlarından keçib, sağlamlıqlarından məhrum olublar”. Tədbirin təşkilinə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirən Ümid Şərifov deyib: “Heydər Əliyev Fondu hər il uşaqlar üçün Yeni il şənliyi təşkil edir, bütün uşaqlardan diqqət və qayğısını əsirgəmir. Çox sağ olsunlar ki, uşaqları sevindirirlər. Mehriban xanıma çox minnətdarıq”.

Digər müsahibimiz olan Fatimə Babayeva Vətən müharibəsi şəhidi Murad Babayevin yeganə övladıdır. “Bu gün özəl gündür. Biz çox əylənirik. Musiqi, teatr səhnələri ürəyimizcədir. Bu gözəl gün üçün Heydər Əliyev Fonduna, əziz Mehriban xanıma çox minnətdaram”, - deyə şəhid övladı sevinc hisslərini ifadə edib.

Atası ilə bağlı xatirələrini bölüşən Fatimə bildirib: “Atam Vətən müharibəsində şəhid olub. Atam və digər şəhidlərimiz canlarını qurban veriblər ki, biz əmin-amanlıq içərisində yaşayaq. Ən böyük arzum hərbçi olmaqdır. Bununla həm də atamın arzusunu reallaşdırmış olaram”.

Göstərilən diqqətə görə dövlətimizə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirən 16 yaşlı Gözəl Budaqova sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində təhsil aldığını deyib. Ədəbiyyatı çox sevdiyini bildirən G.Budaqova qeyd edib: “Arzum budur ki, bütün uşaqlar sülh, əmin-amanlıq içərisində, qayğısız yaşasınlar. Biz bu gün bu gözəl şənlikdə çox əyləndik, unudulmaz anlar yaşadıq”.

A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyanın şagirdi Renat Əlizadə isə deyib ki, bu gün onun xatirində həmişəlik qalacaq. On yaşlı Renat bayram şənliyinin onda xoş təəssüratlar oyatdığını vurğulayıb. O, bayram şənliyinə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
Вернуться назад