Главная > Cəmiyyət > Oğlan ana-atasının evindən külli miqdarda pulu oğurladı

Oğlan ana-atasının evindən külli miqdarda pulu oğurladı


19-12-2022, 12:46. Разместил: azadses
Oğlan ana-atasının evindən külli miqdarda pulu oğurladı

Tovuzda oğlan valideynlərinin evindən oğurluq edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, dekabrın 16-da Tovuz şəhərindəki evlərin birindən 13 500 manat pul və 400 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən ev sahibinin oğlu müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад