Главная > Cəmiyyət / Manset > Xankəndi yolunda aksiyaçılar “Mina terroruna son!” şüarını səsləndiriblər - YENİLƏNİB + VİDEO

Xankəndi yolunda aksiyaçılar “Mina terroruna son!” şüarını səsləndiriblər - YENİLƏNİB + VİDEO


15-12-2022, 17:23. Разместил: admin
Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçıları Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 7 nəfərin yaralanması, bir nəfərin şəhid olması hadisəsi ilə bağlı şüarlar səsləndiriblər.

“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, Ermənistanın mina terroru ilə bağlı məsələ də aksiya iştirakçılarının diqqət mərkəzindədir.

Onlar aksiyada “Mina terroruna son!” şüarını səsləndiriblər.

14:38

Qarabağda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bir neçə yeni tələb irəli sürüb.

“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, onlar Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb edirlər.

Aksiya iştirakçıları həmçinin, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığına, Laçın istiqamətində Ermənistanla sərhəddə DSX-nin və DGK-nın ayrıca postlarının olması tələbini irəli sürüblər.

Dinc aksiya hazırda davam edir.


Вернуться назад