Главная > Cəmiyyət / Manset > Britaniya səfiri Azərbaycana başsağlığı verdi

Britaniya səfiri Azərbaycana başsağlığı verdi


15-12-2022, 10:16. Разместил: admin
“Dekabrın 14-də Kəlbəcərdə səkkiz nəfərin minaya düşməsi və nəticədə yaralananların və ölənin olması xəbəri məni kədərləndirdi”.

Bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld “Twitter” hesabında yazıb.

“Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, - o bildirib.

Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfər minaya düşüb.

Aparılan ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin dörd əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Təxliyə ilə bağlı hadisə yerinə yollanan dörd hərbçi də minaya düşüb, onlardan üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə şəhid olub.
Вернуться назад