Главная > Cəmiyyət / Manset > Xankəndi yolunda etiraz: Sülhməramlıların üzərindəki iriçaplı silahlar - YENİLƏNİB + FOTO +VİDEO

Xankəndi yolunda etiraz: Sülhməramlıların üzərindəki iriçaplı silahlar - YENİLƏNİB + FOTO +VİDEO


13-12-2022, 17:00. Разместил: admin
Azərbaycanlı fəalların Xankəndi yolunda etiraz aksiyası keçirdiyi ərazidə Rusiya sülhməramlıları çadır qurmağa başlayıblar.

Oxu.Az xəbər verir ki, bundan başqa, onlar Xankəndiyə gedən yolu iki ədəd yük avtomobili, bir ədəd kranla tamamilə bağlayıblar.

Eyni zamanda, etirazçıların qarşısında olan sülhməramlıların üzərindəki iriçaplı silahlar, xüsusilə RPQ-7 və pulemyot diqqəti çəkib.

Onu da qeyd edək ki, Şuşa şəhərinin digər istiqamətindəki müşahidələr onu göstərir ki, Xankəndi yolunda heç bir tıxac yoxdur.

14:29

Azərbaycanlı fəalların Xankəndi yolunda etiraz aksiyası keçirdiyi əraziyə Rusiya sülhməramlıları üçün modul tipli yataqxanalar quraşdırılıb.

Oxu.Az xəbər verir ki, “KamAZ” markalı avtomobillərlə əraziyə gətirilən konteynerlər ərazidə olan kran vasitəsilə yolun hərəkət hissəsinə qoyulub.

Bu o deməkdir ki, Rusiya sülhməramlıları bu ərazidə uzunmüddətli müşahidə aparmağa hazırlaşırlar.

13:50

Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyası davam edir.

Oxu.Az xəbər verir ki, artıq yerli media nümayəndələri ilə yanaşı, qardaş Türkiyədən olan jurnalistlər də aksiyanın keçirildiyi əraziyə gəliblər.

Bundan başqa, qazilər də aksiya iştirakçılarına qoşulublar.

Onlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə sərvətimizin talan olunmasına qarşı şüarlar səsləndirirlər.







Вернуться назад