Главная > Cəmiyyət / Manset > Xankəndi yoluna Azərbaycan bayraqları asıldı - YENİLƏNİB + CANLI YAYIM/FOTO

Xankəndi yoluna Azərbaycan bayraqları asıldı - YENİLƏNİB + CANLI YAYIM/FOTO


12-12-2022, 17:36. Разместил: admin
Xankəndi-Şuşa yolunda azərbaycanlı ekofəalların etiraz aksiyası davam edir.

Oxu.Az xəbər verir ki, aksiyada 500 nəfərə yaxın azərbaycanlı iştirak edir.

Aksiyaların gecə saatlarında davam edəcəyi gözlənildiyi üçün artıq Azərbaycan tərəfi həmin əraziyə işıq xətti çəkir.

Şuşada yaşayan Azərbaycan vətəndaşları da etiraz aksiyasına qoşulmağa başlayıblar.

Həmçinin Xankəndi yolunun üzərinə Azərbaycan bayraqları asılıb.


15:24

Gorus-Xankəndi yolundakı aksiya keçirilən əraziyə 17-GX-771 Ermənistan dövlət nömrə nişanlı avtomobil yaxınlaşıb.

Jurnalist olduqları ehtimal edilən şəxslərin əraziyə yaxınlaşmasına Rusiya sülhməramlıları tərəfindən icazə verilməyib.

Həmin şəxslər geri qayıtmaq tələbinə məcburən riayət ediblər.


Вернуться назад