Главная > Cəmiyyət / Manset > Bu şəxslər nardan az istifadə etməlidir

Bu şəxslər nardan az istifadə etməlidir


11-12-2022, 11:43. Разместил: admin
Nar və onun şirəsinin müntəzəm istifadəsi bəzi hallarda sağlamlığa zərər verə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda dietoloq Anton Brukin “İzvestiya”ya danışıb.

Dietoloq bildirib ki, allergik reaksiyalara meylli insanlar təzə nar və konsentrat şirələrdən az istifadə etməlidirlər:

“Xüsusilə qastrit və mədə xorası zamanı nar şirəsi içmək əks göstərişdir. Qida allergiyasına meyllisinizsə, nardan ehtiyatla istifadə etməlisiniz. Qreypfrut kimi, nar şirəsi də müəyyən xolesterolu azaldan dərmanlarla qarışdırılmamalıdır”.

Dietoloq qeyd edib ki, nar sağlam insan üçün çox faydalıdır. Onun tərkibində çoxlu A vitamini, kalium, manqan, nikotinik və fol turşuları var. Ancaq məşhur inancın əksinə olaraq, narda dəmir çox olmadığı üçün hemoqlobinin səviyyəsinin yüksəlməsinə kömək edə bilməyəcək.
Вернуться назад