Главная > Cəmiyyət > DSX-nin Akademiyasındakı yanğında zəhərlənənlərin son vəziyyəti AÇIQLANDI
DSX-nin Akademiyasındakı yanğında zəhərlənənlərin son vəziyyəti AÇIQLANDI7-12-2022, 12:45. Разместил: admin |
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının inzibati binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənənlərin son vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində hospitalizasiya olunan zərərçəkənlərin hər birinə zəruri tibbi xidmət göstərilib: “Onlar ambulator müalicə üçün evə buraxılıblar”. Qeyd edək ki, ötən gün DSX-nin Akademiyasındakı baş verən yanğın zamanı 14 nəfər tüstüdən zəhərlənib. Вернуться назад |